Dünya

Əl Bağdadi: "Peyğəmbər buyurdu ki, Mosulu tərk edək"

Metbuat.az

İŞİD terror qruplaşmasının lideri, qondarma xəlifə

Əbu Bəkr əl Bağdadi

yalan iddialarla mətbuatın gündəminə gəlib.



Milli.Az-ın

APA

-ya istinadla verdiyi məlumata görə, əl Bağdadi yuxusunda İslam peyğəmbəri Hz. Muhammədi (s) gördüyünü, Mosulu tərk etmələri üçün ondan əmr aldığını iddia edib.



Xatırladaq ki, son günlər Tikrit şəhərində dalbadal məğlubiyyətlərə düçar olan İŞİD yaraqlıları bu şəhəri tərk etməyə başlayıblar.



Xəbər mənbəyi güman edir ki, İraq ordusu, şiə könüllüləri və sünni əşirətlərinin qarşısında davam gətirə bilməyən İŞİD terrorçuları indidən bu şəkildə Mosulu da tərk edəcəklərinin işarəsini verirlər.



Milli.Az