Ölkə

Eksternat imtahanları keçiriləcək

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

Mayın 13-dən 15-dək əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)

AZƏRTAC

-a bildiriblər ki, qeydiyyat aprelin 1-dən 20-dək həftənin iş günlərində saat 14:00-dan 17:00-dək aparılacaq.


Sənəd qəbulu BŞTİ-də həyata keçiriləcək. Qeydiyyat üçün tələb olunan sənədlər - şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiqlənmiş surəti, 2 ədəd 3x4 ölçüdə fotoşəkil, təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış, ümumi orta təhsil haqqında sənədin (şəhadətnamə) notariat qaydasında təsdiqlənmiş surəti (tam orta təhsil sənədi – attestat almaq istəyənlər üçün), BŞTİ-nin müdirinin adına ərizə.


Eksternat imtahanları Bakıdakı 45 nömrəli tam orta məktəbdə reallaşacaq.


Ərizələri BŞTİ tərəfindən qəbul olunmuş eksternlər mayın 6-dan 8–dək saat 10:00-dan 16:00-dək 45 nömrəli tam orta məktəbdən imtahana buraxılış vərəqələrini əldə edə biləcəklər.


İmtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslinin gətirilməsi vacibdir.