Ölkə

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov martın 13-də Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonları sakinlərinin şikayət və müraciətlərinə baxılacaq, lazımi tədbirlər görüləcək.


Qəbula gəlmək istəyən vətəndaşlar ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 050-474-89-28, 050-543-88-63, 023-35-3-23-40) ilə əlaqə saxlamaqla qeydiyyatdan keçə bilərlər.