Ölkə

“Ekol Mühəndislik Xidmətləri” QSC xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümünə hazırlıq işlərini davam etdirir

Metbuat.az

Bakı, 4 mart,

AZƏRTAC

“Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azneft” İstehsalat Birliyinin neft və qaz çıxarma idarələrinin mədən ərazilərində xidmət göstərdiyi yaşıllıq sahələrinin genişləndirilməsi və aqrotexniki xidmətlərin keyfiyyətinin artırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.


QSC-dən

AZƏRTAC

-a bildirilib ki, müəssisənin torpaqların rekultivasiyası departamenti tərəfindən Qaz emalı zavodunun, “Abşeronneft”, “BibiHeybətneft” və H.Z.Tağıyev adına neft və qazçıxarma idarələrinin mədən ərazilərində ümumilikdə 74 min 151 ədəd müxtəlif növ ağac və bəzək kollarına aqrotexniki xidmətlər göstərilir. Hazırda QSC-nin xidmət göstərdiyi yaşıllıq sahələrində yaz mövsümünə hazırlıq işləri yüksək templə davam etdirilir.