Dünya

Əfqanıstanda törədilmiş partlayış nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb

Metbuat.az

[ 10 Mart 2015 22:52 ]



Bakı-APA. Əfqanıstanın cənubunda törədilmiş partlayış nəticəsində 7 nəfər ölüb, 28 nəfər yaralanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, yaralananlardan 5 nəfəri polis əməkdaşıdır.

Məlumata görə, partlayış terrorçu-kamikadze tərəfindən həyata keçirilib.  

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərində götürməyib.