Dünya

​Əfqanıstanda Quranı yandıran qadın daşa basılaraq öldürülüb

Metbuat.az

Bakı. 19 mart. REPORT.AZ/ Əfqanıstan polisi paytaxt Kabildə bir neçə Quran nüsxəsini yandırmaqda şübhəli bilinən qadının kütlə tərəfindən daşa basılaraq və döyülərək öldürüldüyü barədə məlumat yayıb.


"Report" BBC-yə istinadən xəbər verir ki, şahidlər hadisə yerinə polisin gəldiyini bildiriblər.


Yerli polis nümayəndəsinin BBC-yə verdiyi məlumata görə, polis qəzəblənmiş kütləni dayandırmaq üçün yenə də heç nə edə bilməzdi.


Qadının təqribən 30 yaşı olub.