Dünya

Əfqanıstanda baş verən terror hadisəsi 6 uşağın həyatına son qoyub

Metbuat.az

Bakı, 24.

AZƏRTAC

Əfqanıstanda baş verən terror hadisəsi nəticəsində 6 uşaq ölüb, 10-u yaralanıb. İnsident uşaqlar arasında kriket oyunu keçirilən zaman baş verib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, ilkin məlumata əsasən, idman meydançasında velosipedə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Xatırladaq ki, 2014-cü ilin noyabrında Əfqanıstanın Paktika əyalətində voleybol matçında törədilən terror aktı 45 nəfərin həyatına son qoymuş, 50 nəfərdən artıq insan xəsarət almışdı.