Dünya

Əfqan liderdən terror xəbərdarlığı

Metbuat.az

Əfqanıstan prezidenti Əşrəf Qani Vaşinqtonda ABŞ prezidenti Barack Obama, dövlət katibi Con Kerri ilə görüşlər keçirib.



ANS PRESS-in məlumatına görə, o bildirib ki, Əfqanıstan ilə ABŞ-ın terrorçuluqla mübarizədə maraqları eyni risk altındadır. Biz ümumi təhlükə ilə üz-üzəyik.”



Əfqanıstan prezidenti CNN televiziyasına müsahibəsində deyib: "Allah eləməsin, əgər gündəlik üzləşdiyimiz təhlükələr bizi üstələsə, bütün dünyanı təhlükəyə salacaq.”



Ə.Qani Əfqanıstanda həlak olmuş minlərlə amerikalı əsgərin qəbrini də ziyarət edib.



Xatırladaq ki, Vaşinqtona ilk rəsmi səfəri zamanı Əşrəf Qani Konqresdə də çıxış edib.

Mənbə
ANS PRESS