Dünya

Ebola virusu Qərbi Afrikada 10 min insanın həyatına son qoyub

Metbuat.az

Paris, 14 mart,

AZƏRTAC


Ebola epidemiyası baş verdiyi vaxtdan Qərbi Afrikada 10 min insanın həyatına son qoyub. Bu haqda Dünya Səhiyyə Təşkilatı ( OMS ) məlumat yayıb.


Məlumatda bildirilir ki, qitənin doqquz ölkəsində ümumilikdə 24.350 nəfər bu qorxunc virusa yoluxub. Onlardan 10.004-ü dünyasını dəyişib.


Virusun daha çox tüğyan etdiyi Liberiada bu epidemiyaya tutulan 9.343 insandan 4.102 nəfəri vəfat edib. Onun qonşuluğunda yerləşən Sierra Leonoda virusa yoluxan 11.677 nəfərdən 3.655-i, Qvineyada isə 3300 insandan 2187-si həyatla vidalaşıb.


Beynəlxalq təşkilat virusun qarşısını tam almaq məqsədilə işlərin davam etdirildiyini bildirib.


Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris