Ebola virusu hansı ölkələrdə yayıla bilər?
Bakı, 5 mart,
AZƏRTAC
“RAND Corporation” qeyri-kommersiya təşkilatının mütəxəssisləri Ebola virusuna həssas olan ölkələri müəyyən ediblər.
AZƏRTAC
Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunun üçün mütəxəssislər həmin ölkələrin siyasi, iqtisadi, sosial-mədəni və tibb sahələri üzrə göstəricilərini təhlil ediblər. Nəticədə virusun ən çox təhlükə törətdiyi ölkələr müəyyən edilib. Qvineya, Liberiya və Syerra Leone Ebola epidemiyasının ən çox zərər verdiyi ölkələr siyahısına düşüb. Bundan başqa, Burkina-Faso, Mali, Mərkəzi Afrika Respublikası, Çad, Efiopiya və Kot -d' İvuar kimi ölkələr də risk qrupunda olub. Ekspertlər, həmçinin bildiriblər ki, Cənubi Asiya ölkələri arasında Əfqanıstanda Ebola epidemiyasının inkişaf riski daha yüksəkdir.
DST-nin son məlumatına görə, bir il əvvəl başlamış Ebola epidemiyası indiyədək 9,6 min insanın ölümünə səbəb olub. Təxminən 24 min insan isə bu virusa yoluxub.