Dünya

Ebola qurbanlarının sayı 10 mini keçdi

Metbuat.az

Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 10 mini keçib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST)  24 mindən çox insanın bu xəstəliyə yoluxduğu bildirilib.

Ən çox ölüm halı üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada qeydə alınıb.