Digər

Düşmən təxribatının qarşısı alınarkən əsgərimiz şəhid olub

Metbuat.az

Cəbhədə düşmənin təxribat qrupunun basqın cəhdinin qarşısı alınıb.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən

Trend

-ə bildiriblər ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib. Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.



Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər

Atayev Anar Mamed oğlu

şəhid olub.



Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!



Milli.Az