Dünyanın ən təhlükəli "banda"ları (FOTO)
Bu cinayətkar qruplaşmalar bütün dünyada qanunazidd fəaliyyətlə məşğuldurlar. Onlar üçün mənəviyyat normaları anlayışı təmamilə başqa anlamdır. Bu insanlar hansı yolla olursa olsun, öz məqsədlərinə çatmağa cəhd edirlər. Onların çoxunun öz qanunları, öz qaydaları var. Qətl, qarət, şantaj, qeyri-leqal biznes - onlar hər gün bu işlərlə məşğul olurlar.
ANS PRESS şəhərləri və ölkələri vahimədə saxlayan banda və mafioz qruplaşmaları təqdim edir:
1. Mara Salvatruça
Salvadorlu avara qarışqalar və ya MS-13 Şimali və Mərkəzi Amerika və Meksikada işləyirlər. Onların sıralarında 300-minə yaxın insan var. Bu dəstə reketlikdən tutmuş, adam oğurluğu və ticarətinə, silah və sursatın qeyri-leqal satışınadək cinayətkar biznesin çox növləri ilə məşğuldur.
2. Kolumbiya narkokarteli
Onlar bütün dünyanın narkokartel dəstələrini özlərində birləşdirirlər. İlk başdan onların ən mühüm məqsədləri narkotik ticarəti olub. Daha sonra isə qətl, oğurluq və terror aktları da törətməyə başladılar.
3. Çin Triadası
Bu təşkilat Çində və çinli diasporası ilə hərəkət edir. "Тriada" adını 3 rəqəminin qeyri-adi xüsusiyyətinə olan inamlarına görə götürüblər. Narkotik ticarəti və cinayətkar fəaliyyətin digər növləri üzrə ixtisaslaşıblar.
4. Serb mafiyası
Serbiya və Çernoqoriyada fəaliyyət göstərən cinayətkar qruplaşmadır. Bu gün onların sayı təxminən 30-40 nəfərdir. Оnlar narkotik və məlumat ticarəti, ölüm, kondrabanda və qumar oyunları ilə fəaliyyət göstərirlər.
5. Rizzutonun Monreal mafiyası
Rizzuto - eləcə də Kvebek və Ontarioda yayılmış Monrealdan olan ailədir. Dünyanın bütün ölkələrində saya-hesaba gəlməyə daşınmaz əmlak, restoran-otel biznesi, həmçinin firmalar, zavodlar və müxtəlif tipli sənaye müəissələri bu ailəyə məxsusdur.
6. Meksika mafiyası
Meksikalıları digər məhkumlardan müdafiə məqsədilə yaradılmış ABŞ-da həbsxana briqadasıdır. Onların fəaliyyət sferası tezliklə narkotik ticarəti , zorakılıq və şantaj kimi cinayətlərlə inkişaf edir. Qruplaşmanın 30 min üzvü var.
7. D-Company
Bu dəstə Hindistanı, Pakistanı və BƏƏ ölkələrini əhatə ediblər. Onun başçısının adı Davud İbrahimdir. Onlar şantaj və terror aktları ilə məşğuldurlar.
8. Yamaykalı Britaniyalılar Dəstəsi
Britaniyada Yamayka immiqratları bu qrupda təşkilatlanıblar. Silah və narkotik ticarəti ilə məşğul olurlar.
9. "Arilər Qardaşlığı"
ABŞ-dan olan bu dəstə ölkə ərazisindəki bütün həbsxanalardakı qətlərirə görə cavabdehliyi öz üzərinə götürür. Onun sıralarına daxil olmaq üçün kamera yoldaşını öldürməlisən.
10. Cəhənnəm mələkləri
Bu baykerlər dəstəsi öz qəddarlığı ilə məşhurlaşıb. Zorakılıq dəstənin hər bir üzvünün fəlsəfəsi və həyatlarının bir hissəsidir.
11. Siciliya mafiyası: Kosa Nostra
Bu amerikalı mafiya düşmənlərinə və mafiyanın kodekslərini pozanlara qarşı qəddarlığı ilə seçilir.
12. Alban mafiyası
ABŞ və Britaniyada cinayət fəaliyyətlərini təşkil edirlər. Kriminal mübahisələrdə muzdlu qismində iştirak edir, fahişəlik və narkotik ticarəti ilə məşğuldurlar.
13. 18-ci Küçə Briqadası
Bütün siyahıda ən çox fəaliyyət göstərən dəstədir. Los-Ancelesdə hər gün kimsə onların qurbanı olur.
14. Yakudza
Qruplaşmanın üzvlərinin bədənində tatuirovkaları var. Gizli oyun biznesi, silah-sursat satışı, eləcə də avtomobil kontrabandası və qaçırılması ilə məşğuldurlar. Onlar 2011-ci ildəki sunamidən sonra Yaponiyaya əhəmiyyətli dərəcədə kömək etmişdilər.
15. Munqiklər
Bu sekta 1985-ci ildə Keniya ərazisində meydana gəlib. Onun tərkibinə daxil olan 100 000 insan reketliklə nəşğul olur.
16. Rus mafiyası
Bu adamlar bütün dünyada cinayətkar fəaliyyətə cəlb ediliblər. Bu gün onların sıralarında 100 000-dən 500 000-dək iştirakçı var.
Mənbə
ANS PRESS