Digər

Dünyanın ən kiçik dreli (VİDEO, FOTO)

Metbuat.az

Yeni Zelandiyadan olan mühəndis Lans Aberneti 3D-printeri Ultimaker 2-dən istifadə edərək dünyanın ən kiçik drelini düzəldib.



ANS PRESS-in məlumatına görə, içərisində balaca plata yerləşən drel işlək vəziyyətdədir.


O, barmağın dərisini deşə bilər.



Abernetinin sözlərinə görə, o əvvəlcə Onshape 3D proqramının köməyi ilə mini-drelin kompüter modelini yaradıb. Sonra o "iynə" ləri bərkitməsi üçün qurğunun və sıxma patronunun korpusunu yaradıb. Bütün prosesə təxminən 25 dəqiqə vaxt sərf olunub.



Sonra mühəndisə təxminən üç saat lazım olub ki, cihaza kiçik mühərrik, batareya, qidalanmanın düyməsini və qulaqlıqların təmizlənmiş kabelindən alınmış məftilləri yerləşdirsin.



Alınmış mini-drelin ölçüləri 17x7,5x13 millimetr təşkil edir, burğunun (iynənin) diametri — 0,5 millimetrdir.







Mənbə
ANS PRESS