Dünya
ANS PRESS
Dünyanın ən hündür binalarından biri satılır
Dünyanın ən məşhur binalarından biri hərraca çıxarılır.
ANS PRESS-in məlumatına görə, əvvəllər Sirs-tauer kimi məşhur olan Çikaqo göydələni Uillis-tauer satışa çıxarılıb.
Uillis-tauer ABŞ-da hündürlüyünə görə ikinci bina sayılır. Göydələnin satışa çıxarılması barədə Bloomberg agentliyi xəbər verib.
Agentliyə məlumat verən mənbənin sözlərinə görə, sazişin dəyəri təxminən 1,5 milyard dollara hesablanıb.
Hazırda Uillis-tauer göydələni Lloyd Qoldman və Cozef Çetrit daxil olduğu investorlar qrupuna aiddir.
MənbəANS PRESS