İdman

Dünyanın ən bahalı transferi

Metbuat.az

"Barselona"nın Neymar transferi ən bahalı transfer olacaq.



ANS PRESS-in məlumatına görə, buna səbəb transferin qanunsuz olaraq həyata keçirilməsidir.



Belə ki, Kataloniya klubunun iki prezidentinə və kluba kəsilən cərimələr transferin qiymətini 158,3 milyon avroya qaldırıb.



İspaniya Prokurorluğu transferdə qanunsuzluq və vergidən yayınma halları ilə bağlı istintaqı tamamlayıb. İstintaqdan sonra tələb olunan həbs cəzaları dünyada böyük əks-səda yaradıb.



Prokurorluğun hazırladığı iddianamədə "Barselona" klub prezidenti Josep Maria Bartomeu üçün 2 il 3 ay, sabiq klub prezidenti Sandro Rosell üçün isə 7 il həbs istənilib. Sandro Rosell transfer sonrası futbolçuya görə 57 milyon avro pul ödəndiyini açıqlamışdı. Daha sonra indiki klub prezidenti Bartomeu transfer üçün ödənilən ümumi məbləğin 86,2 milyon avro olduğunu bildirmişdi.



İspaniya mətbuatı isə bu rəqəmin 95 milyon avro ətrafında olduğunu iddia etmişdi. Ancaq ortaya çıxan son rəqəmlər isə bu transferin "Barselona"ya çox baha başa gəldiyini ortaya çıxarıb.



Ödənməsi lazım olan vergilər, Rosell, Bartemou və "Barselona"ya kəsilən cəzalarla birlikdə Neymar transferi 158,3 milyon avroya başa gələcək.



Rəqəmlərlə Neymarın transferi:



İmza pulu (Santos): 17,1 milyon avro


3 oyunçunun satın alma haqqı (Santos): 7,9 milyon avro


İmza bonusu (Neymar): 10 milyon Avro


Oyuncu hüquqları (N & N): 40 milyon Avro


Scouting ödənişi (N & N): 2 milyon avro


Menecerin ödənişi (N & N): 4 milyon avro


Vəqf (N & N): 2,5 milyon avro


Komissiya (menecerlik): 2,7 milyon avro


Əlavə Bəyannamə: 13,5 milyon avro


Dostluq matçı (Santos): 4,5 milyon avro


Ballon d'Or finalı (Neymar): 2 milyon avro


Pul cəzası (Sandro Rosell): 25,1 milyon avro


Pul cəzası (Josep Bartemou): 3,8 milyon avro


Pul cəzası (FC Barselona): 22,2 milyon avro



Cəmi: 158,3 milyon avro

Mənbə
ANS PRESS