Digər
Mənbə
ANS PRESS
Dünyanın ən bahalı bıçağı oğurlandı (FOTO)
Niderlandın Amsterdam şəhərindəki pendir muzeyindən bıçaq oğurlanıb.
ANS PRESS-in məlumatına görə, üzəri brilyant daşlarla bəzədilən bıçağın dəyəri 28 min dollar olsa da, muzey mətbəx alətini vitrində adi şüşə arxasında saxlayıb. Müşahidə kamerasında oğru görünsə də, onun kimliyini müəyyən etmək mümkün olmayıb. Çox güman ki, dünyanın ən bahalı bıçağı tezliklə qara bazarda peyda olacaq.
Qeyd edək ki, yumşaq pendirin kəsilməsi üçün hazırlanan bıçaq Rodriqo Otatsunun əl işidir. Pendir bıçağını muzeyə "Boska Holland" şirkəti təqdim etmişdi.
ANS PRESS