Dünya

Dünya zülmətə qərq oldu

Metbuat.az

Dünyanın bir sıra ölkələrində keçirilən "yer saatı" aksiyasına 2 milyondan çox insan qatılıb.



ANS PRESS-in məlumatına görə, aksiya iştirakçıları qlobal iqlim dəyişikliyinə diqqət çəkmək məqsədilə evlərin, idarələrin işıqlarını söndürüblər. Şərqdən qərbə bütün meridianlar üzrə aksiyaya qatılanlar beynəlxalq ictimaiyyəti Yer kürəsinin təbii ehtiyatlarını qorumağa səsləyiblər.



Yaponiyanın paytaxtı Tokioda otellərdən birinin, İndoneziyanın paytaxtı Cakartada isə şəhərin mərkəzi abidələrindən birinin işıqları söndürülüb.



Yunanstanın paytaxtı Afinada Akropolis, Parfenon və Erexteyon məbədləri bir müddət işıqsız qalıb.



Fransanın paytaxtı Parisdə Eyfel qülləsi, Portuqaliyanın paytaxtı Lissabonda “25 aprel” körpüsü və Kristo Rey heykəlləri aksiyaya qoşulub.



Aksiyaya, eyni zamanda, Bakıdan da fəallar qoşulmuşdu.

Mənbə
Associated Press