Dünya səyahətinə çıxan isveçli səyyahlar Azərbaycanın cənub bölgəsində
Cəlilabad, 13 mart, Bağır Əliyev,
AZƏRTACDünya səyahətinə çıxan isveçli səyyahlar Azərbaycanın cənub bölgəsində olublar. Cəlilabad rayonu ərazisindən keçərək cənuba doğru gedən turistlər bir ilə yaxındır səfərdədirlər. Bu müddətdə əsasən velosipeddən istifadə etməklə, 18 ölkəni gəzib-dolaşıblar.
Səyyah Fred Herba
AZƏRTAC-a müsahibəsində deyib: “Ötən ilin may ayında səyahətə başlamışıq. 10 aydır ki, yollardayıq. On bir min kilometr yol qət etmişik. Azərbaycanda insanlar çox səmimi və mehribandırlar. Biz Bakıda bir ailədə 10 gün qaldıq, bir çox yeməklərin və içkilərin dadına baxdıq. Təamlarınızdan plov daha çox xoşumuza gəldi”.
İsveçli səyyahlar müxtəlif iqlimlərdən keçmələrinə baxmayaraq, yol boyu hər hansı xəstəliyə tutulmadıqlarını bildiriblər. Hər ay 1000 avroya yaxın pul xərcləyən turistlər Çindən sonra Avstraliyaya keçməklə səyahətlərini başa vurmaq niyyətindədirlər.