Digər
Döyüşkən xoruzlar neçəyədir?
Kürdəmirdə döyüşkən xoruzlar yetişdirilir.
Milli.Az El Tv-ə ( Region Tv) istinadən xəbər verir ki, uzun müddətdir ki, bu işlə məşğul olan Ramin Laçınlı deyir ki, həmin xoruzlar isti şəraitdə saxlanmalıdır. Həm də döyüşkənləri vitaminli qidalarla təmin etmək lazımdır. Elə buna görə də onlara gündəlik olaraq bal, qoz-fındıq, badam, kişmiş və xurma kimi qidalar verilir:”Bunları soyuqdan qorumaq lazımdır. Soyuğa aciz olan quşlardır”.
İndi bu təsərrüfatda “Daşdəmir” adlı xoruz cinslərinə daha çox rast gəlinir. Burada “meymun”, “belka”, “montana” adlı cinslər də yetişdirilir. Bu xoruzlar həm görkəminə, həm də daha çox döyüşkən olmasına görə biri-birindən fərqlənirlər. Onlara verilən qiymət də elə bu cəhətləri ilə müəyyənləşdirilir:” Yaxşı cinsi, yaxşı döyüşkən xoruzu 10 min, 5 min manata, 500, 300 manata satırıq”.
Həmin cinslər əsasən Novruz bayramıqabağı təşkil olunan xoruz döyüşlərinə çıxarılır.
Milli.Az