Ölkə

Dövlət Sərhəd Xidmətinin rəisi Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək

Metbuat.az

Bakı, 31 mart,

AZƏRTAC

 


Aprelin 16-dа saat 11:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhərində - Göytəpə Sərhəd Dəstəsində Biləsuvar, Cəlilabad, İmişli və Neftçala rayonları sakinlərinin qəbulu keçiriləcək.


Qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları aprelin 14-dək www.dsx.gov.az rəsmi saytında yerləşdirsinlər.


DSX-nın mətbuat mərkəzindən

AZƏRTAC

-a bildiriblər ki, qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanması və ya Göytəpə Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.