Ölkə

Dövlət Komitəsi qadınlarla bağlı müsabiqə elan edir

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi elan edir.


Müsabiqədə yaşı 35-ə qədər olan gənc jurnalistlər iştirak edə bilərlər.


Müsabiqədə iştirak etmək istəyənlər aprelin 30-dək məqalələrini və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, işlədiyi yer) gender221@yahoo.com elektron ünvanına göndərə bilərlər.


Müsabiqəyə təqdim olunacaq məqalələr Arial şriftində 14 ölçüdə, 3-5 səhifə həcmində olmalıdır.


Qaliblər mükafatlandırılacaq.