Ölkə

Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı daha 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib

Metbuat.az

[ 06 Mart 2015 09:45 ]


İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirilib

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb.

2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Qeydiyyatında qeydiyyata alınıb.