Dövlət Gömrük Komitəsinin sədri Xızıda vətəndaşları qəbul edəcək
Bakı, 16 mart,
AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev martın 30-da saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç. 28) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, qəbul zamanı Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlaya bilərlər.