Dünya

Dostun yaman günü (VİDEO)

Metbuat.az

Türkiyə dostu Putini yəqin ki, düşməninin yox, öz bayramında görmək istərdi. Özü də biz dəqiq bilirik ki, Putin Çanaqqala qutlamasına dəvətlidir. Buna baxmayaraq Ermənistana gedəcək.



Doğrudur, Rusiya və Türkiyə bir millət iki dövlət deyil, amma ortada ikitərəfli faydalı əməkdaşlıq var, özü də məsələ heç də onda deyil ki, Rusiyalı turistlər Türkiyəyə bundan sonra yenə də vizası gedib-gələ biləcəklər.



İki ölkə arasındakı münasibətlər bu turist həzzlərindən min dəfələrlə artıq əhəmiyyətə malik gələcək vəd edir. Məsələn, Rusiya Türkiyədə “Türk axını” kimi qiqant layihələr planlaşdırır. Maraqlıdır, bəs bunların aqibəti nə olacaq. Rusiyanın Türikyəni yox, məhz forpost Ermənistanı seçməsi əlbəttə ki, Putinin kişi adam hesab etdiyi Ərdoğanın ürəyindən olmayacaq. Ən azı. Əlbəttə, biz başa düşürük ki, bu layihələr qarşılıqlı faydalıdır. Amma hər halda Rusiya Qərbin sanksiyaları qarşısında az qala təkləndiyi bir məqamda ondan ötrü olduqca mühüm olan çıxış yolunu da təhlükə altında qoyur. Digər tərəfdən qaz borusu onsuz da Avropaya çəkilir. Ukrayna ilə problem yalnız bu günlük deyil, hər şeydən belə görünür ki, bu xəmir hələ çox qan aparacaq.



Rusiya öz qazını Avropaya satmaq üçün gərək Ukraynanı hərlənməklə boru çəksin. Çünki Avropa ən böyük bazardır. Bütün hallarda Rusiya öz qazını Avropaya satmalıdır. Onun vur-tut bircə yolu qalırdı, o da Türkiyə vasitəsilə.



Mənbə
HESABAT: Mir Şahin