Digər

Dörd gün öncə yol qəzasında xəsarət alan piyada ölüb

Metbuat.az

[ 17 Mart 2015 12:53 ]



Bakı. Fuad Cəfərov – APA. Sabirabad sakini yol qəzasında dünyasını dəyişib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 13-də Sabirabad şəhərində yerli sakin Rövşən Sadıqov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Cavad kənd sakini Ağahüseyn Zeynalovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabirabad Rayon Polis Şöbəsi  tərəfindən araşdırma aparılır.