Dünya
Anspress
Milli.Az
Donetskdə rus rublu rəsmi valyutaya çevrildi
Bazar və mağazalarda malların qiyməti qrivna ilə yanaşı rubl ilə də müəyyən edilib
Ukraynanın Donetsk vilayətində rus rublu rəsmi valyutaya çevrilib.
Anspress
-in məlumatına görə, ötən gündən başlayaraq bazar və mağazalarda malların qiyməti qrivna ilə yanaşı rubl ilə də müəyyən edilib.
Qondarma Donetsk Xalq Respublikası rəhbərliyi tədricən qrivnanı tədavüldən qaldıracaqlarını deyiblər. Aprel ayında başlayaraq əmək haqları və təqaüdlər də rus rublu ilə ödəniləcək.
Milli.Az