Dünya

Donetsk vilayətində avtobus minaya düşüb, 3 nəfər ölüb

Metbuat.az

[ 26 Mart 2015 00:08 ]



Bakı-APA. Ukraynanın Donetsk vilayətində sərnişin avtobusunun minaya düşməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Qorlovka- Artemovsk marşrutu ilə hərəkət edən avtobusda 20-dən artıq sərnişin olub.

Xəsarət alanların dəqiq sayı barədə məlumat verilməsə də, 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.  

Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəis müavini İlya Kiva bildirib ki, avtobus nəzarət-buraxılış postu yaxınlığında minaya düşüb.