Dünya

Donbasda avtobus minaya düşdü: 3 ölü

Metbuat.az

Ukraynanın Donetsk vilayətində sərnişin avtobusunun minaya düşməsi nəticəsində 3 nəfər ölüb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Qorlovka- Artemovsk marşrutu ilə hərəkət edən avtobusda 20-dən artıq sərnişin olub.

Xəsarət alanların dəqiq sayı barədə məlumat verilməsə də, 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilir. 

Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə Baş İdarəsinin rəis müavini İlya Kiva bildirib ki, avtobus nəzarət-buraxılış postu yaxınlığında minaya düşüb.