Digər

"Dolu"nun qəhrəmanı yeni serialda - FOTO

Metbuat.az

Tamaşaçıların "Dolu" filmindən tanıdıqları kinoaktyor

Elvin Əhmədov

yeni serialda çəkilir. O həm də çəkildiyi serialın ikinci rejissorudur. Elvin Əhmədov bu haqda Milli.Az-a danışıb:



""Mediamaster" şirkətində Region TV-nin sifarişi ilə çəkilən "Sənin deyil" adlı yeni serialda oynayıram. Serialda həm də ikinci rejissor vəzifəsindəyəm. Ekran işində müğənni Emil Bədəlov, sənətçilər Ülviyyə Xəlilbəyli, Günəş Mehdizadə, Aysel Bayramova, Cövdət Şükürov, Sədaqət Dadaşova, Rasim Cəfər, Azər Aydəmir, Cavanşir Hadıyev, Aysel Nazim və Cəmilə Ağakişizadə çəkilirlər. Serialın ideyası Fərəc Süleymanova məxsusdur. Ssenari müəllifi Esmira Məmmədova, quruluşcu rejissoru Sain Qəhrəmandır. Serial xarakter və həyata baxışlarına görə bir-birindən çox fərqlənən iki qardaşın həyat hekayəsini canlandırır. Bu hekayədə ülvi sevginin yaranması və bu hisslərin mərhəmət və şəfqət hisslərinə hansı səbəblərdən transformasiya olması çox maraqlı hadisələrlə nümayiş etdirilir. Çəkilişlər Bakıda və Xaçmazda olacaq".



Qeyd edək ki, kinoaktyor və rejissor Elvin Əhmədov "Tufanlı səma", “İkinci bahar”, “Qanun naminə”, “Son hədd”, “Sənə inanıram”, “Sübhün səfiri” kimi ekran işlərində çəkilib.



Əli Rəhimoğlu
Milli.Az