Ölkə

Dini mağazadan oğurluq edən şəxs tutuldu

Metbuat.az

Nəsimi rayonunda mağaza qarət olunub.

Lent.az-ın  məlumatına görə, ötən gecə saat 3 radələrində rayonun Fikrət Əmirov küçəsi 13 ünvanında yerləşən dini mağazadan oğurluq olması ilə bağlı polisə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn mühafizə polisinin əməkdaşlarını oğrunu iş başında tutublar. 22-ci polis bölməsində dindirilən  Şəhruz Xəlilov cinayətini etiraf edib. Dindirilmə zamanı məlum olub ki, o, bu mağazanı bir neçə dəfə qarət edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Fərahim Qasımov