Dünya

Dini ayində izdiham, 10 ölü

Metbuat.az

Banqladeşdə indusların dini bayramı zamanı yaranan izdihamda azı 10 nəfər həyatını itirib, onlarla adam da xəsarət alıb.



Hadisə paytaxt Dəkkə yaxınlığındakı Narayanqanc şəhərində baş verib.



Polisin məlumatına görə, ölənlərin 7-si yaşlı qadınlardır. Onlar çayda yuyunma kimi məcburi dini ayini yerinə yetirən zəvvarlar olublar.



Ayin zamanı izdihama nəyin səbəb olduğu isə hələ məlum deyil.

Mənbə
Associated Press