Digər
Milli.Az
DİN Salyanda 8 yaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb
Salyan rayonunun Düzənlik kəndində baş verən yol-nəqliyyat hadisəsi azyaşlı uşağın ölümü ilə nəticələnib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən
Trend-ə verilən məlumata görə, martın 14-də saat 15 radələrində Salyan rayonunun Düzənlik kəndində Qaraçala kənd sakini
Yusif Abbasovidarə etdiyi “Belarus” markalı traktoru aşırıb. Nəticədə onun sərnişini
Əvəz Abbasovhadisə yerində ölüb. Y.Abbasovun özünə isə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, dünyasını dəyişmiş Əvəz Abbasovun cəmi 8 yaşı olduğu bildirilir.
Milli.Az