Ölkə

DİN: Lökbatanda yanğın zamanı 2 sakin, 2 yanğınsöndürən xəsarət alıb

Metbuat.az

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Lökbatan qəsəbəsində 2 mərtəbəli binada yanğın zamanı 2 sakin, 2 yanğınsöndürən xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 12-də saat 02 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində 2 mərtəbəli 12 mənzilli binanın dam örtüyündə yanğın baş verib.

Nəticədə 2-ci mərtəbədə yanar konstruksiyalar yanıb, orada yaşayanlar A.Kazımova, C.Həsənov, habelə FHN-nin 2 əməkdaşı yanıq xəsarətləri ilə xəstəxanaya müraciət ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az