Digər

DİN-dən jurnalistin atasının ölümü ilə bağlı AÇIQLAMA

Metbuat.az
Daxili İşlər Nazirliyi jurnalist Aynur Elgünəşin atasının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
APA

-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 25-də saat 10 radələrində Mingəçevir şəhərində şəhər sakini

Elgün Hüseynov

un idarə etdiyi “Otoyol” markalı avtobus, Yevlax rayon sakinləri

İmaməli Hacıyev

in idarə etdiyi “QAZ-24” və

İbrahim Hacılı

nın idarə etdiyi “VAZ-2109” markalı avtomobillər toqquşub. Nəticədə “Otoyol” markalı avtobus aşıb.



E.Hüseynovun sərnişinlərindən həmyerlisi

Turan Abbasov

, Ağdam rayon sakinləri

Telman Qəmbərov

Asif Həsənov

hadisə yerində ölüblər.



Digər 16 sərnişini, habelə “VAZ-2109”-un sürücüsü İ.Hacılı xəstəxanaya yerləşdirilib. Onlardan M.Muradovanın, R.Mustafayevin və İ.Hacılının vəziyyətləri qənaətbəxş hesab edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilib.



Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Qeyd edək ki, T.Qəmbərov jurnalist

Aynur Elgünəş

in atasıdır.



Milli.Az