Digər

DİN Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıb

Metbuat.az

[ 30 Mart 2015 12:50 ]


Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Daşkəsən rayonunda baş verən qətllə bağlı məlumat yayıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, martın 26-da Gəncə şəhər sakini Ruslan Behbudzadə qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib.  

G.Mirzəyevanın meyiti eksqumasiya edilib.   

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb.  

Araşdırmalar aparılır.