Ölkə

Demokratiya və Rifah Hərəkatı dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib

Metbuat.az

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı rəsmi dövlət qeydiyyatına alınması üçün 

Ədliyyə Nazirliyi

nə müraciət edib.


Bu barədə "Report"a hərakat sədrinin I müavini Vurğun Əyyub məlumat verib. O bildirib ki, sənədlər "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanununa uyğun hazırlanaraq, nazirliyə tədqim olunub.


Qeyd edək ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının təsis konfransı bu il fevralın 21-də keçirilib. Konfransda Müsavat Partiyasından kənarlaşdırılan başqanlığa sabiq namizəd

Qubad İbadoğlu

hərəkata sədr seçilib.