Digər
Dəm qazı daha iki nəfərin həyatına son qoyub
[ 29 Mart 2015 15:45 ]
Bakı. Fuad Cəfərov – APA. Bakıda iki nəfər dəm qazından boğularaq ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Faid Kiçibəyov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Analoji fakt Suraxanı rayonunda qeydə alınıb. Rayon sakini Səbinə Misirova evində dəm qazından zəhərlənərək ölüb.