Digər

"Dəli Samir" həbs edildi

Metbuat.az
Onun üzərindən avtomat və narkotik vasitə götürülüb

Bakıda kriminal avtoritet həbs edilib.



Suraxanı rayon Polis İdarəsindən

APA

-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü

Samir Nuşirəvan oğlu Aslanov

saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.



Polisdən, həmçinin bildirilib ki, S.Aslanov dəfələrlə məhkumluq həyatı yaşayıb və onun kriminal aləmlə yaxın əlaqələri olub.



S.Aslanov kriminal aləmdə “Dəli Samir” ləqəbi ilə tanınıb.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



Milli.Az