Daxili sərhədləri keçən Aİ vətəndaşlarının pasportları yoxlanılacaq
Stokholm, 13 mart,
AZƏRTACAİ vətəndaşları daxili sərhədləri keçəndə onların pasportları yoxlanılacaq.
Parisdə və Kopenhagendə terror hücumları ilə əlaqədar Avropa İttifaqının ərazisində pasport nəzarətinin yeni tələbləri tətbiq edilir.
Yeni qaydalara görə, təhlükəsizliyi gücləndirmək üçün bundan sonra Aİ vətəndaşlarının pasportları hətta Şengen sazişinin üzvü olan ölkələrin sərhədləri çərçivəsində səyahət edəndə də yoxlanılacaq.
İndiyə qədər Avropa ölkələrində sərhəd nəzarəti başqa ölkələrdən gələn insanlara nəzarət edilməsinə yönəldilmişdi. Avropa İttifaqı rezident ölkələrin vətəndaşlarını təhlükə mənbəyi kimi qəbul etmirdi. Lakin bu yaxınlarda baş vermiş terror aktlarından sonra vəziyyət dəyişib.
Yeni nəzarət qaydaları aprel ayında qüvvəyə minəcək, may ayından etibarən isə sərhəd xidməti əməkdaşlarının şübhələndikləri şəxsləri fərdi nəzarətə götürülməsi mümkün olacaq. Belə vətəndaşlar müxtəlif ümumavropa məlumat bazalarında fərdi şəkildə yoxlanılacaq, o cümlədən onların “əcnəbi silahlılardan” olub-olmadığı aydınlaşdırılacaq. Bu, Şengen zonası ölkələrinin kompyuter bazasına tətbiq edilən tamamilə yeni kategoriyadır.
İsveç isə nəzarəti avtomatlaşdırmağı planlaşdırır ki, bu da sərhəddə növbə yaranmasının qarşısını almağa kömək edəcək.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm