Digər

Daxili Qoşunları hərbi qulluqçuları mükafatlandırıldılar

Metbuat.az

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.



Milli.Az

AZƏRTAC

-a istinadən xəbər verir ki, sənəddə deyilir:



"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:



Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilsinlər:



“Vətən uğrunda” medalı ilə:

Ağayev Məzahir Telman oğlu – polkovnik



Hüseynov Nəsir Cavanşir oğlu – polkovnik



“İgidliyə görə” medalı ilə:

Bayramov Səxavət Allahverdi oğlu – əsgər (ölümündən sonra)



“Hərbi xidmətlərə görə” medalı ilə:

Dəmirov Rüstəm Nadir oğlu – polkovnik



İsmayılov Rasim Cəmil oğlu – polkovnik



Nəzərov Zahid Qulam oğlu – polkovnik



Ağayev Soltan Məmmədşah oğlu – polkovnik-leytenant



Baxşıyev Fərhad Tofiq oğlu – polkovnik-leytenant



Balayev Malik Beriya oğlu – tibb xidməti polkovnik-leytenantı



Cəfərov Asəf Gündüz oğlu – polkovnik-leytenant



Cəfərov İqbal Qiyas oğlu – polkovnik-leytenant



Heydərov Şəmsəddin Səftər oğlu – tibb xidməti polkovnik-leytenantı



Hüseynov Elbrus Feyzulla oğlu – polkovnik-leytenant



Mahmudov Elman Cahandar oğlu – polkovnik-leytenant



Məmmədov Akif İsmayıl oğlu – polkovnik-leytenant



Nağıyev Aydın Şahin oğlu – polkovnik-leytenant



Rüstəmov Faiq Səməndər oğlu – polkovnik-leytenant



Söhrabi Araz Abdulla oğlu – polkovnik-leytenant



Hüseynov Azər Təvəkkül oğlu – mayor



Mamedov Rəşadət Səfəralı oğlu – mayor



Məmmədov Elşən Tağı oğlu – mayor



Rəhimov Zeynal Əmirxan oğlu – mayor



Məstəliyev Nəsimi Aydın oğlu – kapitan



Quliyev Natiq Vəli oğlu – baş gizir



Qafurov Rüstəm Kasimoviç – gizir".



X X X



Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev

C.Q.Qurbanova “Əməkdar artist” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.



Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:



"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:



Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan

Cahangir Qafar oğlu Qurbanov

a “Əməkdar artist” fəxri adı verilsin".



Milli.Az