Daşkəsəndə 10 min nəfərdən artıq rayon sakini tibbi müayinədən keçib
Daşkəsən, 7 mart,
AZƏRTACPrezident İlham Əliyevin tapşırığına əsasən fevralın 2-dən başlanan tibbi müayinələr Daşkəsəndə də uğurla həyata keçirilir.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev
AZƏRTAC-a deyib ki, aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün mərkəzi rayon xəstəxanasında, eləcə də poliklinikada geniş hazırlıq işləri görülüb. Səhiyyə ocaqları lazım olan tibbi ləvazimat və preparatlarla təmin edilib. Aparılan yüksək hazırlığın nəticəsidir ki, indiyədək 10 min nəfərdən artıq rayon sakini dispanzerizasiyadan keçirilib. Onlardan 387 nəfərinə ambulator, 104 nəfərinə isə stasionar müalicə təyin edilib. 6 nəfər müalicə üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib. Bundan başqa, yaradılmış iki həkim briqadası ucqar kəndlərə gedərək, ahıl qocaları və rayon mərkəzinə gələ bilməyən sakinləri də müayinədən keçirir.
Rayon sakinləri bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.