Ölkə

Daha bir ştat 31 mart Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib

Metbuat.az

Amerika Birləşmiş Ştatlarının Nyu Çersi ştatının Baş Assambleyası 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı qətnamə qəbul edib.



Amerika-Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bu qətnamə ilə 1918-ci ildəki faciəvi hadisələrin 31 mart 2015-ci ildə 97-ci ildönümünün qeyd olunacağı tanınır.



Qətnaməni ştatın Baş Assambleyasının spikeri Vinsent Priyeto və katibi Dana Byorli imzalayıblar.



Məlumatda o da qeyd olunur ki, 2012-ci ildə Nyu York 31 mart - Azərbaycanlıların Soyqırımı Gününü tanıyan ilk ştat olub.



Nyu Cersi ştatı müvafiq sənədi 2013-cü ildə qəbul edib.



Azərbaycanlıların soyqırımı Texas və Nevada ştatlarında da bir sıra rəsmi sənədlərlə təsdiq edilib.

Mənbə
ANS PRESS