Digər
Daha bir insan alverçisi tutulub
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rahilə Şükürova tutulub.
Lent.az-ın DİN-in rəsmi saytına istinadən məlumatına görə, R. Şükürova insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılıb.