Con Kerri : Müzakirəçilər İranla hər hansısa nüvə razılığı əldə edilməsinə çalışmır
Bakı. 21 mart. REPORT.AZ/ ABŞ dövlət katibi bildirib ki, müzakirəçilər İranla hər hansısa nüvə razılığı əldə edilməsinə çalışmır. Bununla belə Сon Kerri hələ də dərin fikir ayrılıqlarının mövcud olduğunu deyib.
"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, ABŞ rəsmisi bunu Londona yola düşməzdən əvvəl bildirib.
Bu arada İran prezidenti razılıq əldə ediləcəyi ehtimalının yüksək olduğunu deyib. Həsən Ruhani həlli olmayan heç bir problemin mövcud olmadığını bildirib.
Novruz bayramı münasibəti ilə xalqa televiziya vasitəsi ilə müraciət edən dövlət başçısı xarici qüvvələrin İranla hədələr və ya sanksiyalarla deyil, ehtiramla davranmasının vacibliyini vurğulayıb.
İqtisadi sanksiyaların yüngülləşdirilməsi qarşılığında İranın nüvə proqramının dinc mahiyyət daşıdığını təminat altına alan razılığın əldə edilməsi üçün müəyyən edilən son müddət mart ayının 31-də başa çatır.
Razılıq iyul ayında yekunlaşdırılmalıdır.