CNN-də azərbaycanlıların soyqırımı barədə məqalə dərc edilib
ABŞ-ın CNN telekanalının saytında azərbaycanlı jurnalist
Azər Həsrətin 1918-ci ildə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı haqqında məqaləsi yayımlanıb.
Milli.Az-ın
Trend-ə istinadən məlumatına görə, məqalədə deyilir:
"Mövcud sənədlərə əsasən, erməni silahlı dəstələri 1918-ci il martın 30-dan aprelin 3-dək Azərbaycanın Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Dağlıq Qarabağ, Naxçıvan və digər bölgələrində Azərbaycan əhalisinə qarşı soyqırım törədiblər".
Müəllif yazır ki, erməni quldur dəstələri minlərlə insanı öldürüb və bir neçə kəndi yandırıblar, onun atası isə ermənilərin Qubada qətliam törətməsinə kömək etmək üçün gənclərdən ibarət qrup səfərbər edib.
A.Həsrət bu barədə daha əvvəl özünün "Bir əsgərin həyatı" kitabında yazıb.
Milli.Az