Çin internet şirkətlərinə beynəlxalq bazarlara çıxmağa kömək edəcək
Bakı, 7 mart,
AZƏRTACÇin Dövlət Şurasının sədri Li Ketsyan inkişaf etməkdə olan mobil internet, “bulud” hesablamaları, elektron ticarət və s. sahələrdə innovasiyalara dəstək fondunun yaradılmasını bəyan edib.
AZƏRTAC
xəbər verir ki, fondun hesabına artıq 40 milyard yuan (6,5 milyard dollar) köçürülüb. Bildirilir ki, dövlət dəstəyi Çinin internet şirkətlərinin beynəlxalq bazarlara çıxmasına kömək edəcək.
Ölkənin bir sıra internet şirkətləri, o cümlədən "Baidu” axtarış sistemi, "Alibaba” elektron ticarət platforması, "Tencent” məlumat və oyunlar mübadiləsi vasitələri tərtibatçısı böyüklüyünə görə nəhəng beynəlxalq şirkətlərdən heç də geri qalmır. Lakin onlardan heç biri dünya bazarında “Google” və ya “Facebook” kimi mövqe tutmur. Buna baxmayaraq, Çin şirkətləri onlardan geri qalmağı düşünmür. Məsələn, "Alibaba” bu yaxınlarda ABŞ-ın “Silikon vadisi”ndə ilk xarici məlumat emalı mərkəzini istifadəyə verib. “Tencent” şirkəti “WeChat” məlumat mübadilə platformasını Cənub-Şərqi Asiyanın inkişaf etməkdə olan ölkələrində yayır.