Ölkə

​Çin dünyanın üçüncü silah ixraçatçısıdır

Metbuat.az

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda Stokholm Dünya Problemləri Araşdırma İnstitutunun ekspertləri məlumat yayıb.


Məlumatda bildirilib ki, Çin 2010- 2014-cü illərdə silah satışını əvvəlki 5 illə müqayisədə 16% artırıb.


Bu göstərici ilə ölkə Almaniya və Fransanı ötüb.


Mütəxəssislər bildirib ki, 2014-cü ilin nəticələrinə əsasən, dünya silah ticarətində ABŞ-ın payı 31%, Rusiyanın 27%, Almaniya və Fransanın hər birinin payı 5% olub. Çin bu ölkələri azacıq fərqlə üstələyib.


Çindən ən çox silah alan Asiya dövlətləridir. Ölkə ən çox Pakistana silah ixrac (41%) edir. Sonrakı yerləri Banqladeş və Maynma (Birma) tutur.


Afrikanın 18 dövləti də Çində istehsal olnunan silahları alır.