Dünya

Çexiyanın Baş naziri ölkə vətəndaşlarını təhlükəli regionlara getməməyə çağırıb

Metbuat.az

Praqa, 10 mart,

AZƏRTAC

Çexiya Xarici İşlər Nazirliyinə bu ölkənin Liviyada itkin düşmüş vətəndaşı haqda hələlik heç bir məlumat daxil olmayıb.


Çexiya Respublikası xarici siyasət idarəsinin rəhbəri Lubomir Zaorralek bu gün jurnalistlərə bildirib ki, həmin şəxsin oğurlanmış olmasını yüz faiz əminliklə deməyə əsas yoxdur. Bununla bərabər, Avstriya XİN-in bu gün yaydığı məlumata görə, Əl-Qəni neft yatağında çalışan əcnəbi işçilərin bir qrupu özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın radikallarına əsir düşüb. Saxlanılmış şəxslər arasında Çexiya vətəndaşının da olması göstərilir.


Çexiya hökumətinin itkin düşmüş Çexiya vətəndaşının məsələsi müzakirə edilən iclasından sonra Baş nazir Boquslav Sobotka bütün vətəndaşlara müraciət edərək, xarici ölkələrə səfərlərini planlaşdırarkən çox ehtiyatlı olmağa və “onların həyatı üçün real təhlükə mənbəyi olan ölkələrə” getməməyə çağırıb.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa