Dünya

Çex prezident Moskvaya gəlir

Metbuat.az

Çex Respublikasının prezidenti Miloş Zeman Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibətilə keçiriləcək bayram mərasimində iştirak etmək üçün Moskvaya gəlməyə hazırdır.



ANS PRESS-in məlumatına görə, o deyib ki, bu dəvətdən imtina etmək həyatını qurban vermiş döyüşçü-xilaskarlara təhqir olardı.



Çexiya prezidenti siyasi opponentlərinin tənqidlərinə baxmayaraq, Ukraynanın cənub-şərqində münaqişəyə görə Rusiyaya getməməkdən qətiyyətlə imtina edib.



Çex lideri həmçinin rəsmi Kiyev ilə separatçıları barışığa çağırıb. Onun sözlərinə görə, Ukraynada hakimiyyətin demərkəzləşdirilməsi ilə bağlı müzakirə gedir. Hesab edirəm ki, bu halda Ukraynanın ərazi bütövlüyü saxlanılacaq.


Mənbə
ANS PRESS